Haqqımızda


 Ana səhifə          Haqqımızda 

SMART TECHNOLOGIES SOLUTIONS


SMART TECHNOLOGİES SOLUTİONS” Qapalı Səhmdar Cəmiyyəti metal-konstruksiya, boru işləri, kimyəvi təmizləmə, şlanqlarin hazırlanması, hidravlik malların istehsalı, istilik dəyişdiricilərin təmiri, hidravlik yuyulma və yağ analizi, proqramlaşdirma və texniki xidmətlərin hazırlanması və quraşdırılması ilə məşğul olur. Bu illər ərzində şirkətimiz böyük təcrübə qazanmış, görülən işləri vaxtında yüksək keyfiyyətlə yerinə yetirmişdir. Şirkətin ən əsas üstünlüklərindən biri yüksək ixtisasa və peşakarlığa malik mütəxəssislərin cəlb olunmasıdır. Layihə planı sifarişçinin iştirakıyla hazırlanır, istehsalın mərhələsində iştirak edir və daim məlumatlar verilir. Belə əmakdaşlıq erkən mərhələlərdə müxtəlif uyğunsuzluqlar və problemlər həll etmək üçün imkan yaradır. Şirkətin devizi - keyfiyyət və peşəkarlıq. Müştərlərin rəyini daim yüksək qiymətləndirərək önəm veririk.


SMART TECHNOLOGİES SOLUTİONS Qapalı Səhmdar Cəmiyyəti Azəriqaz İstehsalat Birliyi ilə bağlanmış müqavilələr əsasında Azərbaycan Respublikasının müxtəlif rayon, kənd və qəsəbələrinin qazlaşdırılması məqsəd ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq tikini quraşdırma və təmir-bərpa işlərini həyata keçirir, "mavi yanacaq"la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, həmçinin istehlakçıların mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarını yenisi ilə əvəz edir, yeni qaz kəmərlər çəkir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarını yeniləri ilə əvəz edir. Bina daxilində qaz boru kəmərlərinin quraşdırılması layihəyə, detalların çertyojlarına, istehsalat işlərinin layihələndirilməsinə və təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilir.


Hal hazırda baş podratçı“Azqaz İnşaat Servis” QSC ilə bağlanmış müqavilələr əsasında işləyirik. Bizim müştərilər istehsalın bütün mərhələlərində yaxından iştirak edirlər. Belə əməkdaşlıq erkən mərhələlərində uyğunsuzluq və problemlər həll etmək üçün imkan verir Bizim deviz-keyfiyyətli iş və peşəkarlıq. Biz,müştərilərin işin nəticələri haqqında rəyini yüksək dəyərləndiririk və bununla yanaşı müştərilərimizə çox sərfəli qiymət qarşılığında yüksək keyfiyyət təklif edirik.


Şirkətin devizi - keyfiyyət və peşəkarlıq